Aynur ABŞ-a niyə gedib? - Açıqlama

aynur-abs-a-niye-gedib
Oxunma sayı: 9200

Aynur Talıbova Azərbaycandan köçməyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleaparıcı “Qafqazinfo”ya açıqlamasında ABŞ-a təhsil almaq üçün yollandığını qeyd edib:

ABŞ-a oxumağa gəlmişik. Bəlli bir karyeradan sonra hiss edirsən ki, inkişaf etmirsən, dirənmisən. O zaman bataqlığa saplanmış kimi duyğu hakim olur, nəfəsin kəsilir. Karyerada irəliləmək, arzusunda olduğun layihələri gerçəkləşdirə bilməmək, tükənmişsizlik sindromuna yaxalanmaq bərbad bir duyğudur.

Aliləlikcə buradayıq, hamımız təhsil alacağıq. Məsələ oxumaq deyil. Sevib bəyəndiyin işi təhsillə bərkidib daha çox özünü realizə edərkən bunun maddi qarşılığına da nail olmaqdır. Müəyyən yaşdan sonra belə bir radikal qərar vermək çətindir, amma mümkündür. Oxumaq və həyatda alternativlər axtarmaq heç vaxt gec deyil”.