ATV-dəki bu serial reytinq qurbanı oldu

atv-deki-bu-serial-reytinq-qurbani-oldu
Oxunma sayı: 4542

ATV-də yayımlanan “Kişi sözü” serialının yayımı dayandırlıb.

Qafqazinfo” xəbər verir ki, serialın baş prodüseri Elməddin Cəfərov məsələ ilə bağlı Axşam.az-a açıqlama verib.

O bildirib ki, ekran işinin yayımını dayandırmaqda iki səbəbləri olub:

“Biz elə bildik ki, Azərbaycanda yenilik edib, romantik komediyanı yaratsaq, gülüşlə ağlamağı bir araya gətirsək, nəsə qazanacağıq. Amma düşündüyümüz kimi olmadı. Tamaşaçı bunu qəbul etmədi. Bizdə gərək sırf ya ağlamalı, ya da komediya filmi çəkəsən. İkisinin birləşməsi alınmır. Nəzərdə tutduğumuz reytinq olmadı. Mənim planımda var idi ki, serial 15 reytinq verəcək. Amma 9-12 reytinq gəlirdi. Bir də sponsorlar maddi dəstək olmadı. ATV-nin maddi dəstəyi ilə çəkdik, amma bu da kifayət etmir, kənardan gəlir lazımdır. Təlabatlı serial olmadığı üçün biz də yayımı kəsdik. Son bölümümüz ötən həftəsonu efirə getdi”.