Arvadını yastıqla boğmaq istəyirmiş... - Boşanmanın pərdəarxası

arvadini-yastiqla-bogmaq-isteyirmis
Oxunma sayı: 3828

Məşhur aktyor Conni Depp və Ember Herdin boşanması ilə bağlı yeni iddialar gündəmə gəlib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər veror ki, ötən ilin dekabr ayında Depp Los-Angelesdəki evlərinə sərxoş halda gəlib, yastıqla həyat yoldaşını boğmağa çalışıb.

Səhər isə Herd ona mesaj atıb, hadisə ilə bağlı xəbərdarlıq edib. Conni evə gələn zaman həyat yoldaşını yaralı halda görüb, ötən gün huşunun yerində olmadığını bildirib.

Qeyd edək ki, mayın 23-ü Ember Herd məhkəməyə boşanmaq üçün ərizə ilə müraciət edib. O, Deppi ona qarşı zorakılıq etməkdə günahlandırıb, hətta üzündə zorakılıq əlamətləri olan fotosunu sosial şəbəkədə də paylaşıb.