Aktyorun özündən 38 yaş kiçik sevgilisi - Fotolar

aktyorun-ozunden-38-yas-kicik-sevgilisi
Oxunma sayı: 3448

63 yaşlı aktyor Liam Neeson həyat yoldaşının ölümündən yeddi il sonra yenidən sevgi yaşadığını etiraf edib.

 “Qafqazinfo” The Independent-ə istinadən xəbər verir ki, aktyor müsahibəsində sevgilisinin kimliyi barədə məlumat vermək istəməyib:

“Yenidən sevgi hissinin nə olduğunu bildim, sevirəm. Amma sevgilimin kimliyi barədə məlumat vermək istəmirəm. Sizə onun məşhur biri olduğunu söyləyə bilərəm”.

The Mirror qəzeti yazır ki, aktyor 25 yaşlı məşhur ulduz Kristen Stewartlə sevgilidir.

Qəzet cütlüyün yanvar ayında gecə klubunda əyləndiyini qeyd edib. Həmin görüntülərdən sonra cütlük sevgi şayiələrini qəti şəkildə rədd edib.

Qeyd edək ki, Liam Neesonun həyat yoldaşı Nataşa Riçardson 2009-cu ildə xizək sürən zamanı qəza keçirmiş, bunun ardından dünyasını dəyişmişdi.

Kristen Stewart isə daha əvvəl “Alacaqaranlıq” filmində baş rolu paylaşdığı Robert Pattionsonla sevgili olmuşdu.