Aktyor təyyarəyə buraxılmadı - Başındakı çalmaya görə...

aktyor-teyyareye-buraxilmadi
Oxunma sayı: 4175

ABŞ-da məşhurlaşan hind aktyoru Waris Ahluwalia başındakı çalma (türban) səbəbiylə təyyarəyə buraxılmayıb.

“Qafqazinfo” New -York Daily News-a istinadən xəbər verir ki, hadisə Meksikanın paytaxtı Mexikoda baş verib.

New-Yorka səfər etmək istəyən aktyor “Aeromexico” şirkətinin təyyarəsində qadağa ilə üzləşib.

Şirkətin əməkdaşları aktyora başındakı türbanı çıxarmağı tələb edib. Ahluwalia bu tələbi rədd etdiyi üçün təyyarəyə minməsinə icazə verilməyib. 

Aktyor açıqlamasında təhlükəsizlik qaydalarına uyğun davrandığını, ancaq hava yolu personalı tərəfindən türbanının çıxarılması istəyini qəbul etmədiyini söyləyib.