Aktrisalar dalaşdı, serial bitdi - 120 nəfər işsiz qaldı

aktrisalar-dalasdi-serial-bitdi
Oxunma sayı: 5914

Reytinq göstəriciləri uğurlu olan “Şahane damat” serialının ekranlarla vidalaşmağının səbəbi məlum olub.

Qafqazinfo” xəbər verir ki, Erhan Yazıcıoğlu və Nükhet Duru kimi məşhur simaların da rol aldığı və reytinq sıralamasında altıncı sıraya qədər yüksələn ekran işi 8-ci bölümdə final edib.

120 nəfərin işsiz qaldığı layihə iki məşhur simanın daim mübahisə etməsi səbəbindən bağlanıb.

Burcu Özberk və Hande Kapitanın düşmənçilik münasibəti artıq dözülməz bir hal alıb.

Çəkilişlərdə bir-birilərinə ağır sözlərlə sataşan iki aktrisa hər kəsi hövsələdən çıxarıb.

Serialı ərsəyə gətirən şirkət “Şahane damat”ı bitirmək qərarına gəlib.