Ajda Pekkan KKTC vətəndaşı olur

ajda-pekkan-kktc-vetendasi-olur
Oxunma sayı: 1881

Məşhur sənətçi Ajda Pekkan Kiprdə özünə ev alıb.

Qafqazinfo” xəbər verir ki, müğənni ev üçün 2.5 milyon TL pul ödəyib.

Ajda evində it və pişikləri üçün də ayrı bir otağın hazırlanmasını istəyib.

O, KKTC-yə (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) vətəndaşlıq almaq üçün müraciət edib.

Pekkan KKTC Daxili İşlər naziri Kutlu Evrənlə görüşüb, Kipri çox sevdiyini və buranı bir vətəni olaraq gördüyünü qeyd edib.

Evrən isə vətəndaşlıq müraciətini Nazirlər Kabinetinə təqdim edəcəyini söyləyib.