Acun Ilıcalının birinci arvadından olan qızı ərə getdi - Fotolar

acun-ilicalinin-birinci-arvadindan-olan-qizi-ere-getdi
Oxunma sayı: 11429

Məşhur türkiyəli aparıcı Acun Ilıcalının qızı Banu Ilıcalı ərə gedib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, 47 yaşlı aparıcının qızının Efe Ceyhun adlı nişanlısı ilə hotellərdən birində toy mərasimi olub.

Qeyd edək ki, Banu Ilıcalı teleaparıcının Seda Başbuğdan olan qızıdır.

A. Ilıcalı1988-ci ildə Seda Başbuğ ilə evlənib. İlk evliliyindən Banu adında qızı dünyaya gəlib. O, 1993 -cü ildə Seda Başbuğdan ayrılıb.

2003-cü ildə Zeynəb Yılmazla ailə qurub. Bu evliliyindən Yasəmən və Leyla adlarında iki qızı doğulub. 

Aparıcının 2010-cu ildə Şeyma Subaşı ilə əlaqəsi olduğu iddia olunub. 2013 -cü ildə Şeyma Subaşı ilə olan qeyri-rəsmi evliliyindən Melisa adında qızı olub.

Acun 2016-cı il iyulun 12-də həyat yoldaşı Zeynəb Yılmazdan boşanıb.