Acun da o körpüdə selfi çəkdi - Foto

acun-da-o-korpude-selfi-cekdi
Oxunma sayı: 3288

Avqustun 26-da Türkiyədə Bosfor boğazı üzərində dünyanın ən geniş körpüsü kimi tarixə düşəcək “Yavuz Sultan Səlim” adlandırılan üçüncü körpünün açılışı olub.

“Qafqqazinfo” xəbər verir ki, artıq sosial şəbəkələrdə insanların körpüdə çəkdirdiyi şəkillər geniş şəkildə yayılıb.

Aparıcı Acun Ilıcalı da bu karvana qoşularaq körpüdə çəkdirdiyi selfini İnstaqram hesabında paylaşaraq ““Yavuz Sultan Səlim” körpüsünün açıldığını dedilər, qaçıb gəldik. Möhtəşəm bir əsər. Vətənimizə xeyirli olsun” şərhini yazıb.

Xatırladaq ki, körpünün açılış mərasimdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər rəsmi şəxslər iştirak edib.

Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü 320 metrdir. Layihənin dəyərinin 3 milyard dollar olduğu bildirilir.