“Aciz və bədbəxt görünürsüz” - Nura

aciz-ve-bedbext-gorunursuz
Oxunma sayı: 2827

“Yazıb kimisə təhqir edəndə elə bilirsiz ki, sözləriniz həmin şəxsin əhvalını dəyişəcək, kasıblayacaq, kifirləşəcək? Gülünc gördüyünüzün fərqində deyilsiz”. 

Qafqazinfo” xəbər verir ki, bu sözləri sosial şəbəkədə Nura Suri qeyd edib.

Müğənni onun ünvanına təhqir yazanlara sərt reaksiya verib:

“Sözüm instaqram və feysbukda hər paylaşımın altına şərh yazmağı özünə borc bilən və yazdıqlarında tərbiyə, mədəniyyət və dünya görünüşü nümayiş etdirənlərədir. Yazıb kimisə təhqir edəndə elə bilirsiz ki, sözləriniz həmin şəxsin əhvalını dəyişəcək, kasıblayacaq, kifirləşəcək?

Gülünc gördüyünüzün fərqində deyilsiz, niyə? Paxıllıq, tərbiyəsizlik etməklə qarşınızdakının səviyyəsini endirəcəksiz? Əksinə, həmin insan daha da ucalır. Amma siz aciz və bədbəxt görünürsüz. Məndən sizə məsləhət, mütaliə edin, statusları yox, internetdə maraqlı məlumatlar oxuyun.

Vaxtınızı özünüzə sərf edin. Yənbəlliyin, paxıllığın daşını atın. Məşğul insanın başqalarını güdməyə vaxtı olmur. Canlı yayımlara girib gic-gic yazanlar, niyə yaşayırsız? Niyə xəcalətdən ölmürsüz?”