ABŞ-ın ən yaxşıları seçildi - Fotolar

abs-in-en-yaxsilari-secildi
Oxunma sayı: 2137

Ötən gecə Los-Angeles şəhərində “People’s Choice” mükafatlandırma mərasimi baş tutub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 43-cü dəfə təşkil edilən tədbir “Microsoft” teatrında baş tutub.

Məşhur mükafat gecəsinin aparıcısı Joel McHale olub.

Pop ulduz Cenifer Lopez “Shades of Blue” filmindəki roluna görə mükafata layiq görülüb.

Ən yaxşı aktyor Tom Hanks, ən yaxşı aktrisa Jennifer Lawrence, ən yaxşı komediya filmi “Bad Moms”, ən yaxşı dram filmi “Me Before You”, ən yaxşı aparıcı Ellen DeGeneres, ən yaxşı kişi müğənnisi Justin Timberlake, ən yaxşı qadın müğənnisi Britney Spears, ən yaxşı qrup isə “Fifth Harmony” olub.