4 ay əvvəl evlənmişdi - Xəyanətə görə boşanır

4-ay-evvel-evlenmisdi
Oxunma sayı: 5547

Kanal D-də yayımlanan “Kismetse olur” evlilik verilişinin aparıcısı Seda Akgül boşanır.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 8 mart tarixində Avram Habiblə ailə həyatı quran aparıcı evlilik həyatına son qoymaq qərarına gəlib.

S. Akgül yayılan xəbərləri “facebook” sosial şəbəkəsində təsdiq edib.

Teleaparıcı həyat yoldaşının ona xəyanət etdiyini söyləyib:

“Yayılan xəbərlər doğrudur, boşanıram. Kimin haqlı, kimin haqsız olduğu əhəmiyyətsizdir, əhəmiyyətli olan xoşbəxt olmağımdır. Bu da alınmadı, xoşbəxt olmadım. Siz mənim yazdığım kitablardakı kimi edin, mənim addımlarımı atmayın. Kaş ki, mən də kitablardakı kimi addımlar atardım”.