2 metr boyu olan aktyor öldü - Fotolar

2-metr-boyu-olan-aktyor-oldu
Oxunma sayı: 4364

Dünyanın ən çox izlənən seriallarından olan “Game of Thrones”da (“Taxt oyunları”) Meq Moquçiy obrazını canlandıran aktyor Nil Finqlton vəfat edib.

Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi məlumata görə, ingilis aktyor 36 yaşında infarkt nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, N. Finqlton 2,33 m-lik boyu ilə dünya tarixində ən uzunboylu aktyorlar sırasında olub.