15 yaşlı oğlu Pitti görmək istəmir... - Fotolar

15-yasli-oglu-pitti-gormek-istemir
Oxunma sayı: 2054

12 il evli olan Bred Pitt və Ancelina Coli cəbhəsində gərginlik davam edir.

Qafqazinfo” xəbər verir ki, hələ də, Brangelina ailəsi uşaqların vəlayəti mövzusunda razılığa gələ bilməyiblər.

Boşanma qərarını dörd həftə əvvəl açıqlayan Bred və Ancelina o gündən bu yana bir-birləriylə görüşməyiblər.

“US Weekly” jurnalının xəbərinə görə, cütlüyün 15 yaşlı oğlu Maddox atasını görmək istəmir.

Ailəyə yaxın bir mənbənin “People” jurnalına verdiyi məlumata görə, 52 yaşlı Pit uşaqları ilə bir müddət əvvəl görüşüb, lakin həmin görüşdə Marddox iştirak etməyib.

Ailənin böyük oğlu anası Ancelina ilə birlikdə qalmaq istəyib.

41 yaşlı Colinin ilk oğlu Maddox 2001-ci ildə Kambocada dünyaya gəlib. Rath Vibol adlı uşağı aktrisa övladlığa götürüb, ona Maddox Chivan adını verib.

Xatırladaq ki, Brangelina ailəsinin 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 övladları var.