Azərbaycanda daha bir kişi özünü yandırıb öldü

azerbaycanda-daha-bir-kisi-ozunu-yandirib-oldu
Oxunma sayı: 2407

Gəncədə keçmiş məhkum özünü yandırıb.

Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 26-sı gecə saat 02:00 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, I dalan, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.