Ziya Məmmədov Ağsuda - Fotolar

ziya-memmedov-agsuda-
Oxunma sayı: 2718

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində qəbul keçirib.

Qafqazinfo” xəbər verir ki, nazir Şamaxı, İsmayıllı rayonlarında və Ağsu şəhərində yaşayan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, İsmayıllı rayonunun yeni salınmış “XVI məhəllə” qəsəbəsinə və Ağsu-Cəlayır-Hacıuşağı kəndlərinə yeni marşrut açılması təklif olunub.
Eyni zamanda, Ağsu şəhər avtovağzalının işlək vəziyyətinə gətirilməsinə köməklik göstərilməsi xahiş olunub.

İsmayıllı və Ağsu rayonlarının nəqliyyat-yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.