Yusif Səfərov küçəsində sürücülər üçün yenilik

yusif-seferov-kucesinde-suruculer-ucun-yenilik
Oxunma sayı: 2226

Yusif Səfərov küçəsində 28 may küçəsi ilə kəsişmədən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Küçənin həmin hissəsində yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bundan başqa Üzeyir Hacıbəyli küçəsi ilə kəsişmədə mövcud olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb.

Ərazi asfaltlanıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Hazırda yeni yol ayrıcına səki daşları düzülür, ərazidə son tamamlanma işləri aparılır.

Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq. Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

Küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır.