YUNESKO-nun Valensiyadakı mərkəzinin rəhbəri BDU-da

yunesko-nun-valensiyadaki-merkezinin-rehberi-bdu-da
Oxunma sayı: 785

YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Gironeslə Bakı Dövlət Universitetində olub.

Qafqazinfo”ya daxil olan məlumata görə, rektor, akademik Abel Məhərrəmov Xose Manuel Gironesin universitetə gəlişini yüksək qiymətləndirib, görüşün əməkdaşlığın gələcək perspektivlərinə təsirsiz ötüşməyəcəyini bildirib.

Beynəlxalq Humanitar forumu haqqında, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsində Böyük İpək Yolunun əhəmiyyəti barədə danışan Xose Manuel Girones Valensiyada keçirilmiş YUNESKO-nun İkinci beynəlxalq görüşünün “İpək yolu” onlayn platformasının təşkilatçısı kimi görüdüyü işlərdən, son illər YUNESKO-da reallaşdırdığı layihələrdən bəhs edib, bu təşkilatın fəaliyyət istiqamətləri və mexanizmi ilə bağlı əsas məqamları xatırladıb.

Daha sonra qonaq Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, müəllim və tələbələrlə görüşüb. İqtisadi eqoizmi, mədəni korluğu pisləyən professor Xose Manuel Gironesin bəşəri sülhdən, İspaniyanın qızıl dövründən, multikultural əlaqələrdən, həmçinin jurnalistikanın iqtisadi qüvvəsindən danışıb.