Yüksək bal yığan abituriyentlərin diqqətinə

yuksek-bal-yigan-abituriyentlerin-diqqetine
Oxunma sayı: 3166

TQDK 2016/2017-ci tədris ilində 600 və daha çox bal toplayan gənclərə xəbərdarlıq edib.

Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin ictimaiyyətə tanıdılması məqsədilə "Abituriyent" jurnalının 11-ci nömrəsində onlar haqqında yazılar çap edilir. Lakin bu ildən etibarən, məlumatlar ayrıca jurnalda çap edilməyəcək. 600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bir bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaqdır.

2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsi və şifrədən istifadə etməklə http://abiturient.az/600bal/ keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır.