Yolu keçmək istəyən piyada xəstəxanalıq oldu

yolu-kecmek-isteyen-piyada-xestexanaliq-oldu
Oxunma sayı: 733

Tovuzda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Ceyhun Həmzəyev yolu keçmək istəyərkən “QAZ-31” markalı avtomobil tərəfindən vurulub.

Yarlı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol baldırın yuxarı hissəsinin sınığı diaqnozu qoyulan C. Həmzəyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.