Yeni istifadəyə verilən yol çökdü - Fotolar

yeni-istifadeye-verilen-yol-cokdu
Oxunma sayı: 10930

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə salamnews.org saytı xəbər yayıb. Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.