Yeni ildə 5 gün iş olmayacaq

yeni-ilde-5-gun-is-olmayacaq
Oxunma sayı: 3729

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda qeyri-iş günlərinin tarixi açıqlanıb.

"Qafqazinfo" AzVision.az-a istinadən xəbər verir ki, ölkədə 5 gün iş olmayacaq.

Belə ki, Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr, 1 və 2 yanvar tarixləri qeyri-iş günü olacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. 2016-ci il 2 yanvar tarixi şənbə gününə təsadüf etdiyindən Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

Bununlada Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.