Yenə qaz olmayacaq

yene-qaz-olmayacaq
Oxunma sayı: 2029

Oktyabrın 7-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu”, “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Qafqazinfo” xəbər verir ki, təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Xətai rayonunun və Göyçay şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.