Yenə qaz olmayacaq

yene-qaz-olmayacaq
Oxunma sayı: 1991

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. "Qafqazinfo" SOCAR-a istinadən xəbər verir ki, mayın 3-də saat 10:00-dan işlər başa çatana qədər “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli və Borsunlu, həmçinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli, 1 may və Şəmsizadə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.