Yasamalda 19 bina söküləcək

yasamalda-19-bina-sokulecek
Oxunma sayı: 2206

Paytaxtın Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 binanın mərhələli şəkildə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, torpaqdan istifadə Mənzil İnşaatı Dövlət Agentliyinin ixtiyarına verilib.

Sözügedən binaların 12-si sökülüb, yeni binaların layihələndirilməsi başa çatdırılıb və tikinti işlərinə başlanılıb.

“Sovetski” adlanan ərazidə də daşınma və köçürülmə işləri davam etdirilib. Bundan başqa, 10 müxtəlif təyinatlı qeyri-qanuni bina sökülüb.