Yaponiya səfirliyindən 90 minlik ayaqyolu haqda - Açıqlama

yaponiya-sefirliyinden-90-minlik-ayaqyolu-haqda-
Oxunma sayı: 7848

Son günlər mətbuatda, sosial şəbəkələrdə Beyləqanda açılışı olan sanitar qovşaqla bağlı müzakirələr gedir. Bu mövzu ölkədə əsl gündəm yaradıb. Sosial şəbəkə istifadəçiləri belə bir qovşağa 90 min manat xərclənməsini və rayonun icra başçısı Vaqif Abdullayevin açılışda iştirakını absurd hesab edirlər.

Sözügedən sanitar qovşağı Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” adlı layihə əsasında ərsəyə gəlib. Məsələ ilə bağlı Yaponiya səfirliyi ilə əlaqə saxladıq.

Qafqazinfo”nun sorğusuna cavab olaraq səfirlik sanitar qovşaq və onun ətrafında yaranan fikirlərə münasibət bildirib. Səfirliyin açıqlamasını olduğu kimi təqdim edirik:

“1- Yaponiya Səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edərək, bunların arasında məktəbdaxili sanitar təchizatının yaxşılaşdırmaq məqsədi ilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla şagirdlərin təhsilə həvəsi artıracaq psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq edərək həyata keçirir.

2 - Bu məsələ ilə bağlı, təkcə sanitar qovşağı üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materilların satın-alınması aparılır. Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilir və bunun ərzidə iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır.

3 - Yaponiya Səfirliyi olaraq bununla bağlı müzakirələrin olduğunu qəbul edir və konstruktiv müzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsaslanaraq Azərbaycan sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq, Azərbaycanı dəstəkləməyi davam etdirmək niyyətindəyik”.