Yapon şirkəti BANM tələbəsinin layihəsini aldı

yapon-sirketi-banm-telebesinin-layihesini-aldi
Oxunma sayı: 1105

Bakı Ali Neft Məktəbində (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsinin təqdimatı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi, Azərbaycan üzrə JICA proqram kordinatoru Nigar İsmaylova, Özbəkistan üzrə JICA proqram kordinatoru Farhod Kurbonov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov, “Azalternativenerji" MMC-nin mütəxəssisi Emin Nuriyev və Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov BANM-in tələbəsinin layihəsinin reallaşmasını çox mühüm bir hadisə kimi xarakterizə edib.