Xurma daşıyan maşın aşdı - 6 ton məhsul yola töküldü

xurma-dasiyan-masin-asdi
Oxunma sayı: 2120

Göyçaydan Balakənə xurma aparan yük maşını qəzaya düşüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 27-i axşam saat 22:30 radələrində Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun 103-cü kilometrliyində, Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon Tülü kənd sakini, 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi 08-BG-580 dövlət nömrə nişanlı "Mercedes" markalı yük avtomobililə Balakən istiqamətində hərəkətdə olarkən avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırıb.

Hadisə nəticəsində sürücü xəsarət almasa da, yük maşınında olan 600 ədəd xurma yeşiyi, təqribən 6 tona yaxın xurma magistral yola dağılıb və yük avtomobilinin bir hissəsi yararsız hala düşüb.Qəzaya uğrayan yük avtomobili Göyçaydan alınan xurmanı Balakəndə fəaliyyət göstərən soyuducu kameraya aparırmış.

Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.