Xınalıqda uçqun

xinaliqda-ucqun-
Oxunma sayı: 1218

Bu gün günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib. Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Qafqazinfo”nun məlumatına görə, “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.