Xilas edildi

xilas-edildi
Oxunma sayı: 624

Bakının Xəzər rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş daha bir nəfər xilas edilib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyati üzrə təhvil veriblər.

Qeyd edək ki, avqustun 29-da günün ayrı-ayrı saatlarında paytaxtın Xəzər rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.