Xəzərdə növbəti zəlzələ - 3, 5 bal

xezerde-novbeti-zelzele
Oxunma sayı: 947

Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.

“Qaqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45-də Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 46 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, mayın 28-də yerli vaxtla 14:02-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı.

Maqnitudası 3.7, dərinliyi 49 km olan həmin zəlzələ də hiss edilməmişdi.