Xəzərdə meyiti tapılan şəxs neftçi olub

xezerde-meyiti-tapilan-sexs-neftci-olub
Oxunma sayı: 1176

Xəzərdə dənizində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu olduğu müəyyən edilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Axtarış - Xilasetmə qərargahı məlumat yayıb.

Məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam edir.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.