“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi

xezer-etraf-muhit-ucun-texnologiyalar-sergisi
Oxunma sayı: 3460

Bu gün “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda 6-cı Beynəlxalq Ətraf Mühit sərgisi öz işinə başlayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, sərgi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Bolqarıstanın Azərbaycanda səfərdə olan Ətraf Mühit və Su naziri xanım İvelina Vasileva ilə birgə Bakı Ekspo Mərkəzində işinə başlayan 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində nümayiş etdirilən stendlərə, təqdim olunan məhsullara baxış keçirib. 

Azərbaycan, Çexiya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya və digər ölkələrdən olan şirkətlərin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur. Qeyd edək ki, 6-cı Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsindəki işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıqlarla tanışlığa imkan yaratmaq və ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir. Sərgi noyabrın 20-nə kimi davam edəcək.