Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

xezer-denizinin-sahil-zolaginda-imecilik-kecirilib
Oxunma sayı: 697

“Beynəlxalq dəniz günü” ərəfəsindəAzərbaycanda “Xəzər həftəsi” adı altında ənənəvi olaraq praktiki və maarifləndirici aksiya keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Tədbirlər planına əsasən bu gün ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət ilə birgə Hövsan-Türkan çimərliyinin ərazisində iməcilik keçirilib.

Ümumilikdə 200-dən artıq insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 10 m3-dən artıq tullantılardan təmizlənib.