Xəzər Dəniz Gəmiçiliyi balansına 9 yeni gəmi qəbul edib

xezer-deniz-gemiciliyi-balansina-9-yeni-gemi-qebul-edib
Oxunma sayı: 2126

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2016-cı ilin I yarısında balansına ümumi dəyəri 55 milyon dollar olar 9 yeni gəmi qəbul edib.

Qafqazinfo”nun Trend-ə istibadən məlumatına görə, bunu dənizçiləri peşə bayramı münasibətilə təbrik edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib.

R.Əliyev təbrikində qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti məhz Cəmiyyət yaranandan sonra, 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub, 2015-ci ildən nəqliyyat donanmamızın “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri də Qara və Aralıq dənizlərində üzür:

"Cari ilin aprelində yeni gəmilərin sevincini yaşadıq. Rusiyada inşa edilən və dedveyti 5490 ton olan “Rəsul Rza”, “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “General Aslanov”, “Qafur Məmmədov” quru yük gəmiləri artıq Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb edilib. Yeni alınan bu teploxodların hesabına Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatdırılıb".

Bildirilir ki, aprelin 22-də isə Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin - “Üfüq”, “Zəfər” və “Turan”ın istismara verilməsi mərasimi keçirildi: "Mərasimdə dövlət başçımızın iştirakı bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırdı".