Xəstənin ölümündə ittiham olunan həkimin ölüm xəbəri yayıldı

xestenin-olumunde-ittiham-olunan-hekimin-olum-xeberi-yayildi
Oxunma sayı: 9725

Bir müddət əvvəl 35 yaşlı qadının ölümü ilə gündəmə gələn Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Cəfər Quliyev dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə həmkarı Vasif İsmayılov sosial şəbəkədə yazıb. O bildirib ki, həkim Cəfər Quliyevin bu gün 7 mərasimidir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova “Qafqazinfo”ya açıqlamasında sözügedən məlumatın doğru olmadığını qeyd edib: "Cəfər Quliyev yaşayır, ölümü ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, 81 yaşlı həkim 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızının ölümündə təqsirli bilinərək işdən azad edilmişdi. Məlumata görə, xəstə iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.

Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xatırladaq ki, "Şöhrət" ordenli, 81 yaşlı həkim Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.