Saxta diplomla 20 il müəllim işlədi - Aldığı maaşı qaytarmalıdır

saxta-diplomla-20-il-muellim-isledi-
Oxunma sayı: 4462

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra FETÖ ilə əlaqədar dövlət müəssisəsi və təşkilatlarda başlanılan araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə maraqlı hadisələrdən birinin sədası Konyadan gəlib. Belə ki, Konyada aparılan araşdırmalar zamanı məlum olub ki, təhsil müəssisələrindən birində 20 ildir ki, müəllim işləyən Hülya Ö.-nün heç bir ali təhsili yoxdur və diplomu saxtadır. Ölkənin Təhsil Nazirliyi bu hadisədən sonra saxta müəllimi dərhal vəzifəsindən azad edib.

Artıq Hülya Ö. barəsində prokurorluğa müraciət ünvanlanıb. Şikayət ərizəsində qeyd edilib ki, “müəllim” 20 il ərzində aldığı məvacibi qaytarmalı, saxta sənədlər və dələduzluq maddələrinə əsasən cəzalandırılmalıdır. Məlumata görə, hadisədən sonra saxlanılan Hülya Ö. şərti cəza ilə azadlığa buraxılıb.

Aysel Kərimova