“Xalq bunu heç vaxt qəbul etməyəcək”

xalq-bunu-hec-vaxt-qebul-etmeyecek
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, iclasda bildirilib “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrdə 2015- ci ilədək məcburi köçkünlərin sosial müdafiəsini gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirilib və ötən müddət ərzində Komitə tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 742 nəfər daimi işlə təmin olunub, 258 nəfərə işsizlik statusu verilib, 296 nəfərə işsizlik müavinəti təyin edilib. 284 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına cəlb olunub.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2011- ci ilin 6 ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 85 müxtəlif növ icma mikrolayihəsi başa çatıb və bu mikrolayihələrdən 33,5 min nəfər əhali faydalanıb ki, bunlardan da 23,4 mini məcburi köçkünlərdir. Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 179 nəfərə, o cümlədən 147 nəfər məcburi köçkünə, ümumi məbləği 276 min manat təşkil edən mikrokreditlər verilib. Bu mikrokreditlərdən 524 nəfər məcburi köçkün faydalanıb.

Cari ilin 6 ayı ərzində məcburi köçkünlərin kommunal xidmətlərlə bağlı yaranmış problemlərin həll edilməsi üçün “Dövlətqaçqınkom” tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarının 41 məskunlaşma obyektinə 20 ədəd müxtəlif markalı güc transformatorları, 12 ədəd KTP şkafları, 32 ədəd artezian və digər su nasosları, 2030 metr müxtəlif markalı güc kabelləri, 37000 metr elektrik naqili və bir sıra başqa yardımçı avadanlıq və materiallar verilib.

Hesabat dövrü ərzində qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 fərman və 1 sərəncam qəbul edilib.

Kollegiya iclasına yekun vuran Əli Həsənov müzakirə olunan məsələlərlə, qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verməklə əsas diqqəti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi nitqinə yönəldib.

“Dövlətqaçqınkom” sədri fikrini “Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşdirilməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Nə Azərbaycan rəhbərliyi, nə də Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcəkdir” deyib.