Xalq artistinin rejissor oğlu qəzada öldü

xalq-artistinin-rejissor-oglu-qezada-oldu
Oxunma sayı: 7523

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Dünyasını dəyişən rejissorun dörd övladı var.