“Xaliq Faiqoğlu” şirkəti yeni təmir mərkəzini açdı - Fotolar

xaliq-faiqoglu-sirketi-yeni-temir-merkezini-acdi
Oxunma sayı: 10455

2002- ci ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC- nin bu gün yeni təmir mərkəzi istifadəyə verilib.

Qafqazinfo” xəbər verir ki, yeni konsepsiyada inşa olunmuş müasir diaqnostik və təmir cihazları ilə olunmuş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istisamarında olan avtobuslara gündəlik baxış və servis xidməti göstəriləcək.
Burda avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən avtobus salonların dezinfeksiyası həyata keçiriləcək.

Mərkəzdə çalışan geniş iş təcrübəsinə malik olan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər. Bununla yanaşı təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmadan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçr, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur.

Açılış mərasimində çıxış edən şirkətin rəhbəri Faiq Seyidov dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini qeyd edib: “Təmir mərkəzində 50-yə yaxın iş yeri yaradılıb. Cənab prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda şirkətimiz də yaxından iştirak edir.

Şirkət tərəfindən Bakı şəhərinə yeni, iritutumlu 12 metrlik avtobusların gətirilməsi nəzərdə tutulub. Bundan başqa iyul ayının sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində Bakı Kart sistemi tətbiq olunacaq.

Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədilə qarşımızda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə də dünyaca məşhur Almaniyanın Hed Akademi şirkəti ilə əməkdaşlığa başlamışıq”.

“Hed Academy” şirkətinin prezidenti Cankat Hurmoğlu isə mərkəzdə həyata keçirilən işlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələ təkcə yüksək avadanlıqların ölkəyə gətirilməsində deyil, eyni zamanda onları işlədə bilən peşəkarlar da olmasındadır:
“Bu xüsusda “Xaliq Faiqoğlu” şirkəti yüksək işlər görüb. Bundan sonra biz də şirkətlə birgə treninqlər keçirəcəyik. Həm sürücülərin sərnişinlərə davranış qaydaları, həm də texniki məsələlərdə “Xaliq Faiqoğlu” MMC-yə kömək edəcəyik”.