Vitse-prezident stadionda saxlanılan azarkeşdən danışdı

vitse-prezident-stadionda-saxlanilan-azarkesden-danisdi
Oxunma sayı: 1556

“Hər iki komandanın ifasında yüksək səviyyədə oyun izlədik”. "Qafqazinfo" xəbər verir ki, bu sözlər “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfova məxsusdur.

Qəbələ” Topaz Premyer Liqasının XIX turunda öz meydanında çempionluq uğrunda əsas rəqibi olan “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.

Oyundan sonra açıqlama verən klub rəsmisi fikirlərini bildirib: “Hər iki tərəfin azarkeşləri məni sevindirdilər. Düzdü, azarkeşlər tərəfindən müəyyən anlaşılmazlıqlar var. Elə şeylər var ki, gərək olmasın. Əsas odur ki, çox maraqlı oyun keçdi. Hakimlik barəsində isə danışmaq istəmirəm”.

Klub rəsmisi azarkeşlər arasında baş verən bəzi olaylardan danışıb: “Nəsə olduğu barədə fikir yürüdə bilmərəm. “Qarabağ” azarkeşlərinə komandalarına dəstək verdikləri üçün ancaq alqış düşür. Başqa təxribat halı görməmişəm deyə, danışa bilmərəm”.

Oyunun gedişi zamanı “Qəbələ” azarkeşlərindən biri polis tərəfindən saxlanılıb. Nəcəfov həmin azarkeşin durumu ilə maraqlandıqlarını deyib: “O barədə polislərlə əlaqə saxlamışıq. Son durum haqda dəqiq maraqlanacağıq”.