Üzərinə isti yemək tökülən azyaşlı öldü

uzerine-isti-yemek-tokulen-azyasli-oldu
Oxunma sayı: 2134

Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki,  3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Dərhal zərərçəkənə tibbi yardıb göstərilib.

Lakin, bədənin 15 faizinin termiki yanığı diaqnozu qoyulan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb.