“Universitetdən zənginliyə gedən yol” adlı təlim keçirilib

universitetden-zenginliye-geden-yol-adli-telim-kecirilib
Oxunma sayı: 808

Qərb Universitetində Neyro Linqvistik Proqramlaşdırma üzrə tanınmış treyner Babək Bayramovun təlimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “Universitetdən zənginliyə gedən yol” adı altında keçirilən motivasiya təlimində treyner mövzu ilə bağlı elmi araşdırmalar, eləcə də neyrolinqvistik proqramlaşdırma texnikaları barədə məlumat verib.

İnteraktiv üsulda aparılan treyninqdə təlimçi  informasiyaların qəbulu, emalı və bütün bunların davranışlarda ifadə olunması vəziyyətlərini, ünsiyyət keyfiyyətinin yaxşılaşdırılması üçün hansı səylərin vacib olduğunu şərh edib, praktik nümunələri diqqətə çatdırıb.

Qeyd edək ki, Qərb Universiteti mütəmadi olaraq tələbələr üçün nüfuzlu yerli və xarici təlimçilərin, mütəxəssislərin treyninqlərini, mühazirələrini təşkil edir. Bu tədbirlər tələbələrin yeni təcrübi bilikləri mənimsəməsində, bilik və bacarıqlarını möhkəmləndirməsində əhəmiyyətli rol oynayır.