Ümid Partiyası başsağlığı verdi

umid-partiyasi-bassagligi-verdi
Oxunma sayı: 961

Ümid Partiyası Söhrab Tahirin vəfatı ilə bağlı başsağlığı verib. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur:

"May ayının 4-də Azərbaycanın Xalq Şairi, 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin yadigarı Söhrab Tahir əbədiyyətə qovuşub. Əsərlərində bütövlük düşüncəsini, milli-mənəvi dəyərlərimizi, Güney həsrətini durmadan tərənnüm edən şair 90 illik ömrünü Güneyli, Quzeyli millətinin istiqlal mücadiləsinə, milli varlığının qorunmasına həsr etdi. Quzey Azərbaycanda Söhrab Tahir adı gələndə hər kısin gözləri önündə Təbriz, 21 Azər canlanırdı.

"İki bölünməkdən elə qorxmuşam, Çöpü də də ikiyə bölmərəm daha"- deyə fəryad edən şair bir millətin ayrılıq həsrətini, parçalanmış vətənin dərdini mükəmməl şəkildə və ürək ağrısı ilə oxucuya çatdıra bilirdi. Ümid Partiyası olaraq Güney həsrətli şairimizin vəfatından üzüldüyümüzü ifadə edir, Azərbaycanımızın güneyi və quzeyində, habelə dünyaya səpələnmiş 50 milyonluq millətimizə baş sağlığı veririk. Ruhu şad, yolu davamlı olsun!"