Türkiyədən bu məhsulların gətirilməsinə - Qadağa

turkiyeden-bu-mehsullarin-getirilmesine
Oxunma sayı: 3219

Türkiyədə dabaq xəstəliyinin qeydə alınması ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əmr imzalayıb.

DBNX-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, DBNX-nın rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun bu gün imzaladığı əmrlə Türkiyənin Van, İqdır, Sinop, Kars, Çorum bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar həmin bölgələrdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Ərzurum bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyənin Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.