Türkiyə səfirliyinin mətbuat müşaviri BDU-da

-turkiye-sefirliyinin-metbuat-musaviri-bdu-da
Oxunma sayı: 789

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, beynəlxalq jurnalistika kafedrasının təşkilatçılığı və təşəbbüsü ilə baş tutan görüşü dekan müavini, dosent Sevinc Əliyeva açaraq qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, fakültə son dövrlər Türkiyənin nüfuzlu universitetleri, jurnalistika fakültəsinin professor-müəllim heyəti, KİV rəhbərləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsində aktiv iştirak edirlər.

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev isə bildirib ki, beynəlxalq jurnalistika kafedrasının doktorant, dissertant və magistrantlarının Türkiyə-Azərbaycan münasibətləri istiqamətində tədqiqat işlərinın üstünlük təşkil etməsi bu əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə bilər.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, öz növbəsində, ölkələrarası münasibətlərdən, mətbuatın bu münasibətlərin inkişafındakı əhəmiyyətindən bəhs edib.