TQDK-da Apellyasiya Komissiyası yaradılıb

tqdk-da-apellyasiya-komissiyasi-yaradilib
Oxunma sayı: 756

İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 25-də saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.