TQDK cavabları açıqladı

tqdk-cavablari-aciqladi
Oxunma sayı: 1377

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün birinci və dördüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 24-də açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12.800 abituriyentdən 944-ü imtahana gəlməyib. İmtahanda iştirak edən 11.856 abituriyentdən 25-i qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.