Tovuzda tikili və içindəki avtomobil yanıb

tovuzda-tikili-ve-icindeki-avtomobil-yanib
Oxunma sayı: 637

Tovuzda yanğın hadisəsi qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Düz Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m tikilinin tavanı və içəridə olan "AUDİ" markalı minik avtomobilinin salonu qısmən yanıb.

Tikilinin və avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.