Tibb Universitetində kadr dəyişikliyi

tibb-universitetinde-kadr-deyisikliyi
Oxunma sayı: 3215

Azərbaycan Tibb Universitetinə Gəray Gərayzadənin rektor təyinatından sonra bu gün ən böyük kadr dəyişikliyi olub.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu postdan gedib.

Onun yerinə Tədris Terapevtik Klinikanın Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib.

Eyni zamanda Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Rauf Bəylərov da tutduğu vəzifəsindən azad olunub.

Yaxın günlərdə daha böyük dəyişikliklərin olacağı gözlənilir.